Baş səhifə / Dünya / Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı

Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı

Ermənistan Mərkəzi Seçki Komissiyası dünən baş tutan seçkilərin yekun nəticələrini açıqlayıb.

Bu gün səhər saatlarında bülletenlərin 100 faizi hesablanıb.

Nəticələrə əsasən, 70,43% (884 min 456) səslə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanıb. İkinci yeri 8,27 faizlə (103 min 824) “Çiçəklənən Ermənistan” partiyası tutub. “İşıqlı Ermənistan” partiyası 6,37 faizlə (80024) üçüncü olub. Qalan partiyalar isə Milli Məclisin 7-ci çağırışı üçün lazım olan baryeri keçə bilməyib.

Beləliklə, yeni parlamentdə beş il müddətində yalnız Nikol Paşinyanın silahdaşları və müttəfiqləri olacaq.

Seçkilərdə iştirak edən digər partiyaların səs faizləri belədir:

“Daşnaqsütyun” – 3,89% (48811),

“Biz” bloku – 2% (25174),

“Sasna Tsrer” – 1,82% (22862),

“Orinats erkir” – 0,99% (12389),

“Vətəndaşın qərarı” – 0,68% (8530),

“Xristian xalq dirçəlişi” – 0,51% (6456),

“Milli tərəqqi” – 0,33% (4122).

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …