Baş səhifə / Cəmiyyət / Bakıda vəzifəli şəxsin törətdiyi qətllə bağlı – Rəsmi açıqlama

Bakıda vəzifəli şəxsin törətdiyi qətllə bağlı – Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi paytaxtda baş verən dəhşətli qətllə bağlı məlumat yayıb.

Dekabrın 9-da Nəsimi rayonu ərazisində Adeliya Taxvelinin yaşadığı mənzilin eyvanından özünü atması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat tədbirləri görülüb.

Araşdırmalarla Adeliya Taxvelinin münaqişə zəminində əri Ramiz Taxveli tərəfindən qəsdən eyvandan atılması müəyyən edilib.

Ramiz Taxveli tutulub.

Ona məxsus “Lexus” markalı avtomobilə baxış zamanı 5,647 qram marixuana aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, qətlə yetirilən Adelya Taxveli “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.

Qətli törədən Ramiz Taxveli isə “Buta Palas”ın art direktoru olub.

Ramiz Taxveli tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti Gülağa Məmmədovun qız nəvəsidir.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …