Baş səhifə / Cəmiyyət / Qadınlara qara hicab, mini-ətək, dekolte və qaloş geyinmək QADAĞAN EDİLDİ

Qadınlara qara hicab, mini-ətək, dekolte və qaloş geyinmək QADAĞAN EDİLDİ

Tacikistan Mədəniyyət Nazirliyi ölkədə qadınların necə geyinilməsi barədə tövsiyələr verib.

Moderator24.com yazır ki, bu haqda “Asia-Plus” portalı xəbər yayıb.

“Tacikistan Respublikasında qızlar və qadınlar üçün tövsiyə olunan geyim üçün təlimatlar” kitabında tacik xanımlara gündəlik həyatda və bayramlarda necə geyinmək lazım olduğu təsvir edilir. Qadağan olunan paltarlar arasında qara hicab, çox açıq-saçıq Avropa paltarları, şəffaf qiyafələr, dekolte və mini-ətəklər göstərilib. Həmçinin, qadınlara ictimai yerlərdə ev geyimində, çəkələkdə, qaloşda və ya sağlamlığa zərərli sintetik paltarlarda, eləcə də dar şalvarlarda görünməmək təkidlə tövsiyə olunur.

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …