Baş səhifə / Cəmiyyət / Putin əleyhdarı rus sahibkar dollar-xalçada ibadət etdi…- Qibləgahı isə “Rolls-Royce” avtomobili…(Video)

Putin əleyhdarı rus sahibkar dollar-xalçada ibadət etdi…- Qibləgahı isə “Rolls-Royce” avtomobili…(Video)

Böyük Britaniyada mühacirətdə olan tanınmış rus iş adamı, məşhur mobil telefon və informasiya texnologiyası kompaniyası olan “Evroset”in qurucusu Yevgeni Çiçvarkin müsəlman namazına bənzər bir ibadət edib.

Moderator24.com Rusiya mediasına istinadla xəbər verir ki, biznesmenin bu ibadəti müsəlmanlar tərəfindən birmənalı qarşılanmayıb. Çoxları bunu İslam ibadətinə istehza etmək kimi anlayıb… Çünki rus sahibkar canəmaz olaraq üzərində dollar əskinazının əksi olan kiçik xalçanı, qibləgah, yəni ibadət istiqaməti olaraq isə elit “Rolls-Royce” avtomobilini seçib. Ancaq bəziləri hesab edir ki, Londonda çox sayda müsəlman yaşayır və geniş miqyaslı namazların icra edildiyi 100-dən çox məscid var ki, bu da rus mühaciri belə ibadətə ruhlandırıb.

Xatırladaq ki, Y. Çiçvarkin hazırkı Putin hakimiyyətinin qatı əleyhdarlarından biri sayılır. O, rəsmi Moskva tərəfindən hələ 2009-cu ildən yəhudi əsilli rus milyarder Boris Berozovski (sonradan Londonda qətlə yetirildi) və çeçen lider Əhməd Zakayevlə birgə 1385 Rusiya vətəndaşının daxil olduğu siyahıda İnterpol vasitəsilə axtarışa verilib.

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …