Baş səhifə / Cəmiyyət / Qadının hicabdan uzaqlaşdırılması- Britaniya Krallığının 1000 səhifəlik planında- Kölgədə qalan gerçəklər…

Qadının hicabdan uzaqlaşdırılması- Britaniya Krallığının 1000 səhifəlik planında- Kölgədə qalan gerçəklər…

Sovet dövründən bəri həmin planı öz əlimizlə həyata keçirməyə davam etməklə bu gün artıq Azərbaycan qadınının çəkinmədən yad kişilər önündə lütlənməsinə nail olmuşuq…

Böyük Britaniya Krallığının hələ XVIII əsrin əvvəllərində İslam dünyasına və xüsusən onun ən böyük dayağı olan Osmanlı dövlətinə qarşı 100 illik proqramı olub. Proqramın əsas hissəsi Müstəmlələkələrlə İş üzrə Nazirlik tərəfindən nüsxələri yerlərdəki canişinlərə və aparıcı təxribatçı-xəfiyyələrə paylanmış 1000 səhifəlik bir kitabda yer alıb. Kitabda İslamın güclü tərəflərini zəiflətmək üçün 21 maddəlik tövsiyələrin 12-ci maddəsi isə müsəlman qadının örtüyü hicabdan bəhs edir.

Moderator24.com xəbər verir ki, həmin maddədə deyilir:

“Qadına təsir göstərərək onu hicabını soyunmağa sövq edin. Buna səbəb kimi, guya hicabın İslamın göstərişi olmadığı, bunun Abbasilər hakimiyyəti dövründə tətbiq edilmiş bir bidət olması göstəriləcək. Deyəcəksiz ki, Peyğəmbərin(s) xanımlarını hicabsız görənlər olub və onlar kişilərlə yanaşı bütün işlərdə iştirak eidblər.
Qadının örtüyünü açaraq cavanları onlara tərəf yönəldin və çalışın ki, onların arasında cürbəcür bic oyun və əlaqələr qurulsun. Bu, İslamı məhv etmək üçün çox təsirli vasitədir. Əvvəlcə buna qeyri-müsəlman qadınları məcbur edin. Artıq sonra müsəlman qadın da öz adətlərini pozaraq onlar etdiyini edəcək”…

Göründüyü kimi, həmin plan 4-cü yüzillikdir ki, tətbiq edilsə də, İslam düşmənləri məqsədlərinə tam nail ola bilməyiblər. Amma keçmiş sovetlər məkanında hicaba qarşı aparılan ciddi mübarizə Azərbaycan qadınlarının əksəriyyətini hicabdan uzaqlaşdıra bilib. Deməli, Cəfər Cabbarlının “Allahsızlar İttifaqları”nın hökm sürdüyü sovet quruculuğu dövrlərində “Sevil”, “Almaz”, “Oqtay Eloğlu” kimi pyesləri və s. vasitələrlə qadının yalnız çadrasını ataraq guya azad olmasını təbliğ edən ideologiya ilə özümüz öz dinimizə və milli adət-ənənələrimizə zərbə vurmuş və bu minvalla Britaniya Krallığının planlarını öz əlimizlə həyata keçirmişik. Bilməmişik ki, bunun sonu kişiliyin də, qadınlığın da sonu, intiharıdır… Müstəqil olduğumuz son 27 ildə də həmin proses daha uğurla davam etməkdədir. Odur ki, sovet dövründə çadrasını atmaqdan və teatr tamaşalarında iştirakdan çəkinməyən, kişilərlə zavodda-fabrikdə iş başında şampan, konyak vurmağa öyrəşdirilən Azərbaycan qadını bu gün artıq yarımçılpaq geyimlərdə kişilərin önünə çıxmağa, səhnədə lütlənməyə, erotik filmlərdə çəkilməyə, hətta gecə klublarında striptiz oynamağa cəsarət edir… Xanımlarınızın, qızlarınızın bu cür azad olmasını qəbul edirsinizmi, kişilər?.. Qadın azadlığının mahiyyəti budurmu, qadınlar?.. Heç olmasa, bunun öz övladlarınız, kökünüz, nəsil-nəcabətiniz üçün nəticələrini düşünün…

Sultan Laçın

Buna da bax...

“Barselona” şokda: Messi ciddi zədə aldı – Fotolar

İspaniya La Liqasının IX turunda “Sevilya” ilə görüşdə “Barselona”nın futbolçusu Lionel Messi zədələnərək meydanı erkən …